Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Ən çox oxunan kitablar
Elçin-“Seçilmiş əsərləri”
4 İyun , 2015

Elçinin “Seçilmiş əsərləri”nə görkəmli yazıçının “Ağ Dəvə”, “Mahmud və Məryəm” romanları daxil edilmişdir. “Ağ Dəvə” əsərində 1941-1945-ci illər müharibəsi zamanı köhnə Bakı məhəllələrindən birinin həyatı təsvir olunur. “Mahmud və Məryəm” əsəri isə məşhur “Əsli və Kərəm” dastanının motivləri əsasında yazılmışdır və burada təsvir edilən hadisələr XVI əsrin əvvəllərində, yeni yaranmış Azərbaycan Səfəvilər dövlətində cərəyan edir. Zaman müxtəlifliyinə baxmayaraq, hər iki roman üslubca dövrün “mənəvi axtarışlar” nəsrinin məcrasında yazılmış, öz ruhu etibarilə, bədii-estetik təsvir vasitələrinin rəngarəngliyi, orijinallığı baxımından müasir əsərlərdir.


Faylı yuklə