Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Ən çox oxunan kitablar
Rafiq Qasımov.İnformatika. Sabaha Açılan Pəncərə
21 Oktyabr , 2015

Müasir elm, elə müasir dünya bütünlükdə, informasiya mübadiləsi aparılmadan keçinə bilmir. Daha dəqiq desək, bu gün elmin vüsətini də, sürətli inkişafını da informasiya mübadiləsi təmin edir. Bu işdə alimlərin ən böyük köməkçisi kompüterlərdir. Bu gün təkcə alimlər yox, hər bir adi insan dünyanın ən ucqar yerində oturub kompüterini “İnternet” deyilən şəbəkəyə qoşmaqla maraqlandığı sahə ilə bağlı külli miqdarda informasiya  əldə edilə bilər. Eləcə də yenə bu İnternet sistemi vasitəsilə hər hansı bir məlumatı qısa müddətdə istənilən məntəqəyə ötürə bilir.