Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Ən çox oxunan kitablar
Homer. İliada
21 Oktyabr , 2015

Əfsanəvi yunan şair, qocaman kor ozan Homerin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi kimi, dərin məzmun və yüksək sənətkarlıq nümunasə kimi indi də yaşamaqdadır.

“İliada” qəhrəmanları müəyyən şəraitdə öləcəklərini qəti surətdə yəqin etdikləri halda qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq və qəhrəmanlar dastanı kimi əbədi ad qazanmışdır.