Çexovdan Markesə qədər (Seçmə hekayələr toplusu)
25 Oktyabr , 2016

Bu toplu XX əsr dünya ədəbiyyatının mənzərəsini "yığcam" janrın-hekayə və novellalar vasitəsilə işıqlandırmağa cəhd edir. Ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən bu görkəmli ədiblər dünyagörüşləri, bədii üslubları ilə bir-birindən fərqləndiyi kimi, topluya daxil edilmiş kiçik ədəbiyyat nümunələri də mövzu və yanaşma baxımından tam fərqlidir.