Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Yeni kitablar
Marqaret Mitçel- "Küləklə sovrulanlar" I cild
3 Dekabr , 2017

Marqaret  Mitçel. Küləklə sovrulanlar,  I cild  

   Bakı, “ Şərq –Qərb”,  2014,  640 səh.

   İSBN 978-9952-505-03-0

   İSBN 978-9952-505-11-5

   Tərcüməçi və ön sözün müəllifi:

    Kamran Nəzirli

Anadan olduğu Atlanta şəhəri Marqaret Mitçelin sayəsində bütün dünyada tanınır. Onun bioqrafiyası sanki “Küləklə sovrulanlar” romanının qəhrəmanı Skarletin həyatının tam ekvivalentidir. Hüquqşünas ailəsində doğulan, yeniyetməliyi müxtəlif hadisələrin cərəyan etdiyi dövrlərə təsadüf edən yazıçını tarixi hadisələr daha çox maraqlandırırdı. Romanda qələmə alınan hadisələr Vətəndaş müharibəsi fonunda təsvir edilir. 
On il müddətində yazılan roman 190 dəfə yenidən nəşr olunmuşdur. 1939-cu ildə rejissor Viktor Fleminq tərəfindən ekranlaşdırılan bu film Oskar almış ilk rəngli film kimi tarixə düşmüşdür. Yazıçının doğma şəhəri Atlantada filmin premyerası böyük uğur qazanmış, filmdən sonra müəllif daha da məşhurlaşmışdır. Lakin çoxsaylı oxucu müraciətlərinə baxmayaraq M. Mitçel daha heç bir əsər yazmamışdır.