Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Yeni kitablar
Fransua Moriak- Seçilmiş əsərləri
10 Dekabr , 2017
Fransua Moriak. Seçilmiş əsərləri
Bakı, "Şərq-Qərb", 2013, 432 səh.
İSBN 978-9952-512-16-8
Tərcümə edən:
Zahid Sarıtorpaq
Fransa yazıçısı, şair, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, XX əsrin ən tanınmış katolik yazıçılarından biri Fransua Moriak 1885-ci ildə Fransanın Bordo şəhərində anadan olmuşdur.Yazıçının "Zəncirin ağırlığını daşıyan uşaq" adlı ilk romanı 1913-cü ildə çap edilmişdi. O, yaradıcılığı boyu bir çox romanlar yazmış, yalnız "Cüzamlı xəstəyə bəxş edilən öpüş" (1922) əsəri ilə adını dünya ədəbiyyatı tarixinə həkk etdirə bilmişdi. Roman eybəcər, lakin zəngin bir adamla kəndli qızının baş tutmayan izdivacından bəhs edir.Moriak yaradıcılığında məhəbbət mövzusuna geniş yer ayırmış və müxtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışmışdı. Lakin xristian əxlaqının tələbləri hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi.Fransua Moriak 1970-ci ildə vəfat etmişdir.