Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS

Yeni kitablar
Bertold Brext-Seçilmiş əsərləri
10 Dekabr , 2017
Bertold Brext. Seçilmiş əsərləri
Bakı, "Şərq-Qərb", 2011, 608 səh.
İSBN 978-9952-512-04-5
Tərcümə edən:
İlqar Əlfi
Redaktort:
Dilsuz Mustafayev
Alman şairi, dramaturq, teatr xadimi və "Berliner ansambl"ın yaradıcısı, teatr islahatçısı Oyqen Bertxold Brext (sonralar Bertold Brext) 1898-ci il fevral ayının 10-da Almaniyanın Auqsburq vilayətində dünyaya gəlmişdir.1904-1908-ci illərdə Françiskan dini məktəbində təhsil alan Brext humanitar təmayüllü Bavariya Kral real gimnaziyasına qəbul olur.Bertold Brextin ilk qələm təcrübəsi 1913-cü ilə aiddir. 1914-cü ildə artıq onun şeirləri, sonra isə hekayə, esse və əsərləri dərc olunmağa başlayır. 1914-cü ildə Almaniyada müharibə dövründə Brextin yaradıcılığında müəyyən fasilə yaranır.1917-ci ildə Münhen Universitetinə qəbul olaraq tibb təhsili alır. Lakin 1918-ci ildə orduya çağrılan Brext təhsilini yarımçıq qoymağa məcbur olur. O, Auqsburq hərbi hospitalında sanitar vəzifəsində çalışır.1918-ci ilin noyabrında xalq hərəkatına qoşulur. Lakin sonra yenidən xidmətini davam etdirmək üçün orduya yazılır. Xidmətini tam bitirdikdən sonra -1920-ci ildə universitetdə təhsilini davam etdirir.1919-cu ildə ilk pyeslərini- "Baal" və "Gecəyarı barabanları", daha sonra "Meşşan toyu"nu yazır.1956-cı ildə ürək xəstəliyindən əziyyət çəkən Bertold Brext Almaniyanın Berlin şəhərində dünyasını dəyişir.