Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
23 Yanvar , 2021
23 Yanvar - Nəsirov Yalçın Canhəsən oğlu 45 illiyi, (23.01.1976-04. 04. 1995) “Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!” Ulu öndər Heydər Əliyev Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. O, Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçir, sonra xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirir. Yalçın komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirirdi. Gənc əsgər böyük arzularla yaşayırdı. Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13- 17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. Onu təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırdılar. Lakin artıq gec idi... Həkimlər onu həyata qaytara bilmədi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur.