Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
12 Fevral , 2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı tanınmış şair, təmsil ustası Hikmət Ziyanın "Kirpinin düz sözü" təmsilini oxuculara təqdim edib.

Təmsil işgüzarlığı və zəhmətkeşliyi ilə hər işdə uğur qazanan kirpidən bəhs edir.

Durub qış yuxusundan,

Xeyli gərnəşdi Ayı.

Dedi: – Bal yeyəm gərək

Mən bütün yazı, yayı. –

Çıxdı mağarasından,

Gəzdi meşə boyunca…

Pətək tapa bilmədi,

O, bal yeyə doyunca.

Birdən rast gəldi Qurda:

– Nə gəzirsən, de burda?

– Heç soruşma, – dedi Qurd. –

Bu səhər yavaş-yavaş

Sürüyə yan alırdım,

Qovdu məni Alabaş.

Elə həmin andaca

Tülkü çıxdı böyürdən:

– Bu gün hinə girəndə

Az qaldı tutulum mən.

– Eyib olsun! – söylədi

Bu an Kirpi qıraqdan. –

Qulaq asıram sizə

Durub burda bayaqdan.

Elə boy-buxunla siz

Sevsəydiniz zəhməti,

Bir qarın yemək üçün

Gəzməzdiniz xəlvəti.

Mövzu ilə bağlı videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/p/CLKdtR5B4F1/?igshid=1l5e9e7maxt0f