Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
6 İyun , 2022
Mövsüm Şahin oğlu Məmmədov 1967-ci il iyun ayının 6-da Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Xocalı rayon Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə isə ordudan tərxis olunaraq Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində çalışmışdır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeniyeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi və buna görə də 1990-cı ildən Daxili İşlər Orqanlarında işə başlayır. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-1993-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük şücaət göstərmişdir. 1994-cü ildə Şuşa Rayon Polis şöbəsinin Post-Patrul Xidməti (PPX) bölüyünə komandir, 1995-ci ildə Post-Patrul Xidmətinin (PPX) komandiri vəzifəsinə təyin edilmişdir. 1998-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasını bitirmişdir. Məmmədov Mövsüm Şahin oğlu hazırda Şuşa RPŞnin rəis müavini vəzifəsində çalışır. Ailəlidir. İki övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.