Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
25 İyun , 2022
30 illik beynəlxalq haqsızlığı 44 günlük müzəffər savaşla aradan qaldıran şanlı ordumuzun misilsiz şücaəti hələ də bizlərə sevinc və qürurverici hisslər bəxş etməkdədir. Bu sevincimizə görə ordumuza, qazilərimizə, şəhidlərimizə borcluyuq.
24 iyun tarixində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Sabunçu rayon Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucuları tərəfindən Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanına ziyarət təşkil edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri qoyuldu,şəhidlərin ruhuna dualar oxundu.
Kitabxanamızın fəal oxucuları Şəhidlərin abidəsi qarşısında vətənpərvər ruhlu şeir səsləndirdilər.
Foto Qalereya