Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
18 İyun , 2022
18 iyun tarixində Sabunçu rayon Mərkəzi Kitabxanası "Azərbaycan Respublikasında İnsan hüquqları günü"münasibətilə "Hüquqlarımızı bilirikmi?" adlı sərgi təşkil edib. Kitabxanaya gələn oxuculara hüquq kitabları haqqında ətraflı məlumat verilib.
İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. 
Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının
təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.