Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
18 İyul , 2022
Kitabxanalar tarixən cəmiyyətin maariflənməsində əvəzsiz rol oynayıb. Lakin insanlar kitablara təkcə bilgi, savad, məlumat mənbəyi kimi deyil, həm də mənəvi istirahət vasitəsi kimi yanaşıblar.
Kitabxana bir sosial təsisat kimi mədəniyyətlərin daşıyıcılarının görüş yeri və ən dolğun dialoq mühiti ola bilər. Mütaliə özü də dialoq xarakteri daşıyır və qarşılıqlı anlaşma qabilliyyəti və tolerantlıq kimi sosial əhəmiyyətli keyfiyyətlər tərbiyə edilməsinə imkan yaradır.
Bilik kəsb etməklə dünyanı qazan.
Kitabı oxu ki, məna alasan.
Bu məqsədlə bu gün Sabunçu rayon Mərkəzi Kitabxanası "Kitabxanalarımızı tanıyaq və tanıdaq" adlı yeni layihəyə start verir. Layihə virtual səyahət formasında təqdim olunub. Layihənin əsas məqsədi Sabunçu rayonunda yerləşən Mərkəzi Kitabxana və filiallarımızı oxucularımıza yaxından tanıtmaqdır. İnanırıq ki, bu layihə oxucuları kitabxanaya cəlb edəcək və onlarda mütaliə mədəniyyətini formalaşdıracaq. Bu gün təqdim olunan video səyahət 1 saylı filiala aiddir. Əziz oxucularımız layihəni aşağıdakı linkdən izləyə bilərsiniz: