Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
15 İyul , 2022
15 iyul tarixində Sabunçu rayon Mərkəzi Kitabxanası Ədəbiyyatımızın Xan Qızı Natavanın 190 illiyi münasibəti ilə dəyirmi masa təşkil edib.
Mərkəzi Kitabxananın əməkdaşı C.Əmiraslanova çıxışında Xurşidbanu Natavanın həyat və yaradıcılığı haqqında məlumat verib. G.Səfərova X.Natavanın "Qərənfil" adlı şeirini, S.Quliyeva isə rus dilinə tərcümə olunmuş şeirini səsləndirdi.
Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini  mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su  çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.
Xan qızı Şuşada “Məclisi-ün” (dostluq, ülfət məclisi) yaratmış  və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə  yazırdı. Qələmini qəzəl janrında da sınayırdı.
Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir.
Foto Qalereya