Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
21 Sentyabr , 2022
Sabunçu rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri İmamquliyeva Rəfayə "Gəlin kitab oxuyaq" adlı layihənin davamı olaraq kitabxananın kiçikyaşlı oxucularına "Keçinin nağılı"nı səsləndirmişdir.
Nağılda bir kənddə bir-birinə dost bir keçi, bir qoyun, bir də inəkdən bəhs olunur. Hər il kəndin camaatı yay gələndə heyvanlarını götürüb yaylağa çıxar, payızda kəndə qayıdardılar.
Bir payız günündə kənd camaatı yaylaqdan kəndə köçur. Həmin gün üç dost sürüdən xeyli uzaqlaşmışdılar. Sürüdən ayrı düşən keçi, qoyun və inək qorxuya düşürlər. Bunu görən inək ağlamağa başlayır:
- Qurd, ayı gəlib bizi yeyecək. Tülkü də ağıllıdır.
-Keçi:
- Heç qorxmayın, bizə heç kim, həçnə edə bilməz. -Biz onlardan çox ağıllıyıq. Özlərinə ayı, qurd və tülkü dərisi tapıb bürünürdülər. Hər üçü qurd, ayı və tülkü ilə üz-üzə gələndə ağıllı hərəkətləri ilə təhlükəni geridə qoydular. Sağ-salamat doğma kəndlərinə qayıtdılar.
Yenə də beləcə, ağıl gücə qalib gəldi.
 İzləyicilərimiz nağılı aşağıdakı linkdən izləyə bilər: