Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
21 Sentyabr , 2022
21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabr ayında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh Günü BMTnin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdır. Bu tarixi gün insanların sülh diləyini, əmin-amanlıq şəraitində yaşamaq hüququnu və bəşəri dəyərləri özündə təcəssüm etdirən bir gündür. Yer kürəsində insanların sülh şəraitində yaşaması tərəqqipərvər qüvvələrin birgə səylərindən daha çox asılıdır. Azərbaycan hüquqi və demokratik dövlət olaraq sülhyaratma əməliyyatlarında fəal iştirak etməklə beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasına dəyərli töhfəsini verir. BMT Baş Assambleyasının 12 noyabr 1984-cü ildə qəbul etdiyi Bəyannamədə xalqların sülh hüququnun qorunması bəyan edilmişdir. Bu tarixi sənəd sülhün təmin edilməsinin zəruri olduğunu bir daha təsdiq edir və hər bir dövlətin üzərinə sülhün təmin edilməsi və qorunması öhdəliyini qoyur. Bu günün əhəmiyyəti çox böyükdür. Beynəlxalq sülh günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day” yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun. “Peace one day” çalışır ki, praktiki olaraq, 21 sentyabr tarixini qeyd edən, zorakılığa etiraz edən, bütün dünyada sülhün lehinə olan cəmiyyətin bütün sektorlarına rəhbərlik də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatına daxil olan bütün idarəedici təşkilatları, regional və qeyri-hökümət təşkilatlarını bu işə cəlb etsinlər. 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə köklü zoraklığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün planet insanları üçün çox əhəmiyyətli bir gündür.