Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
4 Oktyabr , 2022
Bu gün Gəncə terrorundan 2 il ötür. Sabunçu rayon Mərkəzi Kitabxanasında bu mövzu ətrafında söhbət təşkil olunub. Oxu zalının müdiri Günel Səfərova qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabırın 4-də Gəncə şəhəri raket atəşinə tutuldu. Erməni Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməlyyatlarının aparıldığı bölgəyə aidiyyatı olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdilər.Gəncə terroru bəşəriyyətin ən amansız hadisəsinə cevrildi. O tarix körpələrin , qocaların göz yaşı ilə yazılıb. Ümumilikdə Gəncəyə olan 4 terror akti nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-nu qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57- sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayyətin ən ağır nümunəsidir. Gəncə terrorunda həyatlarını itirən insanları hörmətlə anırıq! Allah rəhmət eləsin!
Foto Qalereya