Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
3 Oktyabr , 2022
Sabunçu rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəssisi Nəsirova Adilə kitabxananın kiçikyaşlı oxucularına "Ağıllı qarğa" nağılını səsləndirmişdi.
Nağılda qarğanın necə ağıllı olmasından bəhs olunur. İki qarğanın sürüsünü necə idarə etdiyi haqqında danışılır. Birlikdə sabah gün çıxandan axşam gün batana qədər uçuşub, tarla tapana kimi qarınlarını doyururdular. Sürünün başçıları öz aralarında kimin öz sürüsünü daha yaxşı idarə etdiyi gəzdirdiyi, doyunca yemlədiyi barədə yarışırdılar. Başçılardan biri isə yarışlara qoşulmurdu. Ağlı və bacarığı sayəsinde sürüsü hər zaman tox olurdu.
Bacarıq ağılın nişanəsidir!
Kiçikyaşlı uşaqlarda mütaliə vərdişlərinin aşılanması məqsədilə nəzərdə tutulmuş «Gəlin birlikdə kitab oxuyaq» layihəsi yekunlaşdırılıb.