Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
30 Sentyabr , 2022
“Kitabı oxuyub geri dönüş edənlər " göz yaşıma hakim ola bilmədim" demələri hədəfə çatmağımızdan xəbər verir.
Duyğulandırmaq, təbəssümə səbəb olmaq hər insanda alınmır. Oxucularımıza minnətdaram.”
Vəlixan İsmixan.

30 sentyabr tarixində saat 11:00-da Sabunçu rayon Mərkəzi Kitabxanasında rayonun gənc yazarı Vəlixan İsmixanovla görüş təşkil olunub.
4 kitab müəllifi olan yazarla görüş Mərkəzi Kitabxananın əməkdaşları və filial müdirlərinin iştirakı ilə baş tutdu.
İlk öncə Sabunçu rayon MKS-nin direktoru N.Hüseynova gənc yazar Vəlixan İsmixanovu salamladı. Çıxışında yazıçının həyat və yaradıcılığına toxundu. Sonra sözü gənc yazara verdi. Gənc yazar dəvət üçün kitabxananın direktoruna təşəkkürünü bildirdi. O indiyə qədər 4 kitab müəllifi olduğunu qeyd edib. Bu gün 3 kitabını ("Qığılcım", "Etiraf", "Kəmiyyət") geniş oxucu auditoriyasının ixtiyarına verib. Sonra hər bir kitabının necə ərsəyə gəlməsindən və kitabların insan həyatında rolundan və mütaliənin cəmiyyətin təfəkkürünə təsirindən danışıb.
Geniş və məzmunlu çıxışdan sonra iştirakçılarla birlikdə kitablarının müzakirəsi keçirilib.
Daha sonra təqdimat disskusiya formasında davam etdi.
Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.
Foto Qalereya