Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
30 Sentyabr , 2022
Sabunçu rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı Hümbətova Ruhəngiz kitabxananın kiçikyaşlı oxucularına "Acgöz pişik" nağılını səsləndirmişdi. Nağılda bir acgöz pişikdən bəhs olunur. Pişik çox acgöz idi. O, küçədə ac qalmışdı. Bunu görən qəssab ona böyük ət parçası tulladı. Dostu da çox ac idi. Acgöz pişik ac qalan dostuna belə ət vermədi. Bir az getmişdi ki, dərəyə rast gəldi. Suda öz əksini gördü. Tez ət parçasını almaq üçün suya tullandı. Peşiman sudan çıxan pişiyin ağzındakı əti su çoxdan aparmışdı. Artıq çox gec idi. Sonrakı peşmançılıq fayda verməz!