Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
26 Sentyabr , 2022
26 sentyabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasının əməkdaşları ll Qarabağ Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə II Fəxri Xiyabanına ziyarət təşkil edib.
Şəhidlik müqəddəs məqsəd üçün  həyatını verməkdir.  Bizim üçün  din, vətən, torpaq,  şərəf kimi anlayışlar müqəddəsdir və bu  müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək , dil uzadacaq kimsələrə  heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir.  Bu sıraya çatan cənnətlə  mükafatlandırılır. 
Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq.  Bu gün biz  bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin  sayəsindədir.
Foto Qalereya