Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
23 Sentyabr , 2022
İkinci ən böyük şəhər olan Gəncə Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncə çayın hər iki sahilində yerləşir.
Bəzi alimlər “Gəncə” adının ərəb dilindəki Farsca kökənli xəzinə anlamlı “Kənz” sözündən gəldiyini irəli sürürlər. Qədim zamanlarda belə buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirdilər.
Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi “Qança” sözünün ilk komponenti “qan”, “kan”, “kaan”, “xan” sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, “Gəncə”, “Qanca”, “Kancə” sözləri “xan yeri”, “xan məkanı”,”xan yurdu”, “xanın, xaqanın oturduğu yer” anlamını verir. Müəllif bildirdiyinə görə XX əsrin əvvəlinə kimi “Qanja” və “Xan yurt” adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı”.
Gəncə ta qədimdən başı bəlalı yerlərdən biri olmuşdur. Müxtəlif dövlətlər bu ərazini işğal edərək öz torpaqlarına qatmağa çalışmışlar. Onlardan biri də ərəblər idi. VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılan Gəncə, X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başlamışdı. Şəddadilər dövründə isə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Günümüzdə də tarixi abidə kimi qorunub saxlanılan Gəncə qapıları 1063-cü ildə dəmirçi İbrahim tərəfindən tikilmişdi. Gəncə getdikcə böyüyüb, genişləndi. Yeni ticarət və sənaye zonaları tikilməyə başladı, ticarət əlaqələri genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatmışdı. Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur.