Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
23 Sentyabr , 2022
Bəşər sivilizasiyasının “qızıl yaddaşı” adlanan kitabxanalar ən böyük informasiya mənbəyi olub, uzun əsrlər boyu müxtəlif tarixi şəraitlərdə və cəmiyyətlərdə fəaliyyət göstərir, cəmiyyətin tərəqqisinə xidmət etmişlər. Kitabxanaların çox qədim bir tarixi vardır. Onlar qədim dünyanın, orta əsrlərin kasıb fondlu kitabxanalarından başlayan, kompüterləşdirilmiş, ümumi istifadə üçün açıq, müasir kitabxanalara qədər uzun bir təkamül yolu keçmişdir.
Kitabxanalar bütün dövrlərdə öz hamisi olan cəmiyyətə xidmət etmiş, onun informasiya tələbatını ödəmiş, sosial sifarişini yerinə yetirmişdir.
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında kitabxanamız əvəzsiz rol oynayır.
Bu məqsədlə bu gün Sabunçu rayon Mərkəzi Kitabxanası "Kitabxanalarımızı tanıyaq və tanıdaq" adlı layihəyə start verib. Layihə virtual səyahət formasında təqdim olunub. Layihənin əsas məqsədi Sabunçu rayonunda yerləşən Mərkəzi Kitabxana və filiallarımızı oxucularımıza yaxından tanıtmaqdır. İnanırıq ki, bu layihə oxucuları kitabxanaya cəlb edəcək və onlarda mütaliə mədəniyyətini formalaşdıracaq. Bu gün təqdim olunan video səyahət 7 saylı filiala aiddir.