Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
24 Yanvar , 2023
24 yanvar tarixində Sabunçu rayon Mərkəzi Kitabxanası 107 saylı tam orta məktəbin 6 "a" sinif şagirdləri ilə birlikdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin 160 illiyi ilə əlaqədar "Uşaq folklor antalogiyasının banisi- F.Köçərli" adlı tədbir keçirib.
Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları R.Hümbətova , C. Əmiraslanova və məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ş.Vəliyeva, məktəbin kitabxanaçısı N.Əliyeva, məktəbin psixoloqu G.İsmayılova, tərbiyə işləri üzrə təşkilatçı E.Əliyeva iştirak etdilər.
Tədbiri Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova açıq elan etdi. O öz çıxışında bildirdi ki, ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin (1863-1920) fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur.
Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ş .Vəliyeva çıxış edərək bildirdi ki, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasının əsasını onun sosial-iqtisadi tərəqqisinin və elmi-texniki potensialının yüksək səviyyədə olması, dünya mədəni irsinə verdiyi sanballı töhfələr təşkil edir. İndiyədək qazanılan bütün uğurların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu il Azərbaycan tarixində dönüş nöqtəsi, yeni epoxanın başlanğıcı hesab olunur. Bu gün haqlı olaraq həmin dövrü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibahı dövrü kimi qiymətləndirirlər.
Tədbirin sonunda şagirdlər A.Məmmədxanlı, F.İbrahimli, R.Balmirzəyev, Y.Hüseynova F.Köçərlinin şeirlərini səsləndirdilər.
Foto Qalereya