Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Haqqımızda
3 İyun , 2015

"8 Mart ” adına uşaq kitabxanasının əsası 1904- cü ildə köhnə Ramana kəndində qoyulub. 1959- 60- cı illərdə isə kitabxana Bakıxanov (keçmiş Razin) qəsəbəsində fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008 – ci il tarixli 3072 saylı “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008- 2013- cü illərdə inkişafı üzrə Dövlət Proqramı“ haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 2010- cu il 23 dekabr tarixli, 3474/ 03 №- li məktubu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2010- cu il 13 dekabr tarixli, 05/ 02 – 193- 1324 № - li məktubu, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011- ci il 24 yanvar tarixli 40 №- li Sərəncamına, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011 – ci il tarixli 04 saylı əmrinə əsasən keçmiş, “ 8 Mart “ adına uşaq kitabxanasında Sabunçu rayonu üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemini ( MKS ) yaradılmışdır. MKS-nin 12 filialı fəaliyyət göstərir. MKS Bakıxanov qəsəbəsi M. Gəncəvi küçəsi 2 ünvanında yerləşir. Fondun həcmi 780100 nüsxə təşkil edir. Kitabxana 107, 169, 80, 72, 74, 96, 309, 310 saylı məktəblərlə və 30 ,254 ,98, 40 saylı bağçalarla, mədəniyyət evləri ilə sıx əlaqədə işləyir. MKS- də Oxuculara xidmət şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsi, Kitabişləmə və komplektləşdirmə şöbəsi, İnformasiya- resurs şöbəsi, Uşaq şöbəsi fəaliyyət göstərir.