Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Elanlar
25 İyul , 2015

Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Ulu öndər Heydər Əliyevin daima qürurla vurğuladığı bu fikirlər əslində onun gənclərimizin milli ruhda böyüməsi ilə bağlı arzusu və çiçəklənən Azərbaycanın keçmiş və gələcək tarixi üçün ana dilimiznin daima qorunması üçün bir göstərişidir. Dünyanın hər yerində-beynəlxalq tədbirlərdə, konfranslarda ana dilimizdə çıxış edən Ümummilli liderimiz bununla dövlət dilimizə öz sevgisini və rəğbətini bildirmiş və doğma dilimizdəki çıxışların xarici ölkələrdəki tribunalardan eşidilməsini hər bir azərbaycanlının qürur mənbəyi olduğunu ifadə etmişdir.Məhz bu siyasətin nəticəsi kimi 2001-ci ilin 1 avqust tarixindən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilmişdir. Bu tarix ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. 

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlamışdır.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü avqustun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakının hər bir rayonunda eyni saatlarda 20.00-da müxtəlif tədbirlərlə qeyd ediləcək. 

Tədbirlər zamanı Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən kitab sərgiləri nümayiş ediləcək , müxtəlif rəqslər, mahnılardan ibarət konsertlər , gənc qiraətçilərin ifasında ana dilimiz haqqında dahi şairlərimizin yazdığı şeirlər təqdim olunacaq.

Şəhərimizin bütün sakinlərini və qonaqlarını Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar təşkil ediləcək bu rəngarəng tədbirlərdə iştirak etməyə dəvət edirik! 

1 avqust – milli varlığımızın ifadəsi olan Ana dili və Azərbaycan əlifbası gününü bərabər qeyd edək!

Ətraflı məlumatı aşağıdakı siyahıdan əldə edə bilərsiniz:

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili

 günü ilə əlaqədar

TƏDBİRLƏR PLANI

 

Tədbirin keçiriləcəyi rayon və yer

Tədbirin adı

Tarix və saat

1

Səbail rayonu

Filarmoniya bağı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

2

Nəsimi rayonu

Zorgi parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

3

Yasamal rayonu

Yasamal rayon parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

4

Nərimanov rayonu

Nərimanov rayon bağı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

5

Binəqədi rayonu

Zərifə Əliyeva parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

6

Suraxanı rayonu

Heydər Əliyev parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

7

Xəzər rayonu

Mərdəkan Mədəniyyət Sarayının həyəti

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

8

Xətai rayonu

Ana və uşaq  parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

9

Sabunçu rayonu

Maştağa Mədəniyyət və İstirahət parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

10

Pirallahı rayonu

V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin həyəti

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

11

Nizami rayonu

Qələbə parkı

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00

12

Qaradağ rayonu

Müşfiqabad qəsəbə Mədəniyyət evinin həyəti

1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş tədbir

1 avqust

Saat 20:00