Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
25 Avqust , 2015

Heydər Əliyev Mükafatı 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsis edilib. Mükafat Komissiyasının sədri Prezident İlham Əliyevdir. Mükafat ictimai, siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına, ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndiirlməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə hər il may ayının 10-da, Ulu öndərin doğum günündə verilir.
Heydər Əliyev Mükafatı üzərində Heydər Əliyevin surəti həkk olunmuş qızıl döş nişanı, diplom və pul mükafatından ibarətdir. Mükafatın məbləği 50000 manatdır.
Mükafatın 2009-cu ildə müəyyən edilən ilk laureatları heykəltəraş, Xalq rəssamı Ömər Eldarov, bəstəkar, Xalq artisti Arif Məlikov və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva olmuşlar. 2011-ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərinə görə Xalq yazıçısı Anar bu mükafata layiq görülmüşdür.
Heydər Əliyev Mükafatının laureatları: Ömər Eldarov, Arif Məlikov, Mehriban Əliyev, Anar.