Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Ümummilli lider
25 Avqust , 2015

Azərbaycan Respublikasının Prezidenti 6 oktyabr 2008-ci il taixində “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalanmışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verən bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir. Bu, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.
Dövlət proqramı Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamının 2-ci bəndində verdiyi tapşırığa uyğun Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən hazırlanmışdır. Təqribən bir il yarımlıq çox qısa zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair 2 proqram sənədin qəbul olunması kitabxana tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini təsdiq edir. Bu fikir dövlət proqramının elə ilk cümləsində aşağıdakı kimi əksini tapmışdır: “Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin tpolanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana- informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir. Və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir”.
Yaxın onilliklər üçün Azərbaycanda kitabxana–informasiya sahəsinin inkişafının əsas prioritet inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramı iki hissədən ibarətdir. Birinci hissədə 2008-2013-cü illərdə ölkəmizdə kitabxana- informasiya sahəsinin inkişafının əsas istiqamətləri və bu yöndə həyata keçirilməsi vacib olan tədbirlər öz əksini tapmış, ikinci hissədə isə onların həyata keçirilməsi üzrə tədbirlər planı təsdiqlənmişdir.
Bu çox mühüm proqram sənədinin ilk bölməsində Azərbaycanda kitabxana işinin bu günkü vəziyyətinə ekskurs edilir. Respublikanın kitabxana fondlarının zənginləşdirilməsi, maddi-texniki bazanın və texniki təchizatın yaxşılaşdırılması istiqamətlərində ölkə Prezidenti və Azərbaycan höküməti tərəfindən atılan inamlı addımlardan bəhs edilir. Daha sonra ötən əsrin 80-cı illərin sonu və 90-cı illərin əvvəllərindən ölkədə cərəyan edən hadisələr fondunda respublika kitabxana şəbəkəsinin iflic vəziyyətinə düşməsindən, kitabxanaların təchizatı sisteminin tam dağılmasından, kitabxanalar gələnlərin və potensial oxucuların sayının xeyli azalmasından və nəhayət bir sıra kitabxanaların bağlanmasından, bütün bunların məntiqi nəticəsi olaraq ölkə kitabxanalarının 90 faizindən çoxunun müasir tələblərə cavab verməməsindən bəhs olunur.
Belə bir şəraitdə ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab- fondlarının zənginləşdirilməsində cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli bütün dünyada analoqu olmayan sərəncamının əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncamının əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncama əsasən artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və umumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmannasız olaraq kitabxanalara gpndərilmişdir ki, bu gün onlar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin sonrakı sərəncamlar ilə nəşrə başlanılan 150 cildlik “Dünya ədəbiyyatı ktabxanası”, 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnəcəkdir. Qloballaşma dövründə informasiya kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi mühüm əhəmiyyət kəsb edir və dövlət proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Dillər Universitetinin, Qərb Universitetinin kitabxanalarında, F.Köçərli adına Dövlət Uşaq Kitabxanasınada və digər az sayda kitabxanalarında elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilir.
Təkcə Mədəniyyət və Turizm Nazrliyinin kitabxana şəbəkəsinə daxil olan kitabxanaların cəmi 4-də kitabxana –biblioqrafiya proselərinin avtomatlaşdırılması işlərinə başlanılmışdır. Bütün bunlar isə müasir qloballaşma və informasiyalı cəmiyyət quruculuğu şəraitində, dünya miqyasında komputerin və internetin insanların məişətinə daxil olduğu bir vaxtda çox aşağı göstəricidir.
Nəhayət, kitabxanaların maddi-texniki bazasının zəifliyi, onların əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətinə düşməsi, kadrların peşə hazırlığının aşağı olması və digər amillər ölkədə kitabxana işinin inkişafında ciddi problemlər yaradır.
Məhz “Azərbəycan Respublikasında kitabxana–informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” respublikamızda kitabxana–informasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldilmişdir.
Dövlət proqramında nəzərdə tutulan bütün tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gələn gəlir hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət proqramının birinci hissəsinin sonuncu bölməsi “Gözlənilən nəticələr” adlanır və burada nəzərdə tutulan bütün tədbirlər kompleksinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunması gözlənilən nəticələr sadalanır.
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın ən vacib və əsas hissəsi “Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” adlanır. Bu hissədə sənədin birinci hissəsində nəzərdə tutulan bütün tədbirlər kompleksinin icrası müddətləri və icraya məsul olan təşkilatlar müəyyənləşdirilmişdir. 
2009-cu ilin investisiya proqramında M.F.Axundov adına Azərbaycan Mili kitabxanasının yenidən qurulması, modernləşdirilməsi və müasir tələblərə uyğun texniki təchizatının gücləndirilməsi məqsədilə müəyyən vəsatin nəzərdə tutulması “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın müvəffəqiyyətlə yerinə yetiriləcəyində xəbər verir.
Azərbaycanda Kitabxana sahəsinin inkişafına dair dövlət proqramının təsdiq olunması Prezident İlham Əliyevin ölkə mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizəsinə diqqət və qayğısının bariz nümunəsi, müstəqil Azərbaycan mədəniyyətinin inkişafına yönəldilən Heydər Əliyev siyasətinin uğurlu davamı və təntənəsidir.