Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanlıların soyqırımı
28 Oktyabr , 2015

Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərində, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini- qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
1998- ci ildən etibarən Azərbaycan Respublikası 31 Martı dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998- ci ildə 31 Martı Azərbaycanlıların Soyqırımı günü elan etməsi ilə bağlı fərman verməklə xalqımıza mənəvi təskinlik bəxş etdi, nahaq qanın yerdə qalmayacağına inamı artırdı.
XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905- 1907- ci illər, 1918- 1920- ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.
Biz xalqımıza qarşı törədilən soyqırımı, tarixini və şəhidləri unutmamalı, başımıza gətirilənləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ona görə ki, qoy bütün dünya üzdən iraq qonşularımızın, azğın ermənilərin kim olduğunu bilsin.

Ermənistanda yaşamış azərbaycanlıların kütləvi şəkildə deportasiya əməliyyatı 1988- ci ilin aprelində başlayıb. Ermənistanda yaşayan azərbaycanlılar öncə hissə- hissə, noyabrın sonu, dekabrın birinci on günlüyündə isə kütləvi şəkildə deportasiyaya məruz qalıblar. Əməliyyat nəticəsində Ermənistan Respublikasında 80 min kvadrat kilometrik ərazidə (172 yaşayış məntəqəsi) kompakt şəkildə yaşayan 200 mindən çox azərbaycanlı illərlə yaşadığı torpaqlardan didərgin düşdü.
1813- 1828- ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təxminən 410 kv.km. olmuşdur.
1813- 1828- ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan əraziləri:- sahəsi təxminən 280 min kv.km. olmuşdur.
Rusiya əsatəri altındakı Şimali Azərbaycan- sahəsi təxminən 130 min kv.km. olmuşdur.
1918- ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı- sahəsi 9 min kv.km.olmuşdur.
Rusiya əsərəti altındakı Dərbənd xanlığı- sahəsi 7 min kv.km. olmuşdur.
1918- 1920- ci illərdə Azərbaycan Demoktratik Respublikasının qurulduğu ərazinin sahəsi- təxminən 114 min kv.km. olmuşdur.
Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstan SSRİ- nin qismən nəzarətinə verilən Borçalı – birlikdə sahəsi 27,4 min kv.km. olmuşdur.
1920- 1991- ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR- nin ərazisi 86,6 min kv.km. olmuşdur.