Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanlıların soyqırımı
28 Oktyabr , 2015

Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, əsrlər ötsə də heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. Bu kütləvi və amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.
Bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması məqsədilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır.
"Xocalıya ədalət" - kampaniyasına artıq qoşulan insanların sayı günü-gündən çoxalmaqdadır.