Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
9 Yanvar , 2016

Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvar ayının 19-da Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirmiş, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi.

1995-ci il məlum 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərəsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı  Fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Milli Qəhrəman Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Ağsu rayonunun mərkəzi kinoteatrı qəhrəmanın adını daşıyır.