Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
27 Yanvar , 2016

Yalçın Canhəsən oğlu Nəsirov 1976-cı il yanvar ayının 23-də Astara rayonunun Sərək kəndində anadan olmuşdur.

1982-1992-ci illərdə Sərək kənd orta məktəbində təhsil almışdır. 1994-cü il aprel ayının 19-da Milli Orduya çağırılmışdır. İki ay daxili qoşunların tərkibində təlim keçərək, hərbi xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirmişdir. O, Vətənimizi azad və bütöv, güclü görmək arzusu ilə yaşayırdı.

1995-ci il mart ayının 13-dən 17-nə kimi dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak etmişdir. Martın 17-dən 18-nə keçən gecə dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralanmış, xeyli qan itirdiyindən həyatını xilas etmək mümkün olmamışdı. Yalçın Nəsirov mart ayının 24-də aldığı yaradan Sabunçu rayon xəstəxanasında vəfat etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmnaı" fəxri adı verilmişdir.

Astara rayonu Sərək kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Rayondakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur.