Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
5 Fevral , 2016

Bəşir Bəylər oğlu Kərimov 1976-cı il fevral ayının 2-də Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək Füzuli şəhərindəki texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Azərabycan torpaqlarına-Qarabağa geniş planlı hücumlar edirdilər.

          1993-cü ildə ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir erməni yaraqlılarına qarşı igidliklə vuruşmuşdur. Qacar kəndi işğal olunduqdan sonra ailəsi ilə birlikdə Dilağarda kəndində məskunlaşmışdır.

          1994-cü ildə Bəşir Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılmışdır. Gəncə şəhərində “N” saylı hərbi hissədə qulluq etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı, dövlətçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmiş və bu qarşıdurma zamanı həlak olmuşdur.

          Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı Fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.