Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
22 İyul , 2016
Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Rеspublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, еlmi potеnsialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.
Ağdam — Azərbaycanın hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonudur. İşğala görə Ağdamı yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində– Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratkilometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadrat kilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.km. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13 kv.km. (Ağdam şəhərindən aşağıda) və 10 kv.km. (Qaradağlı-Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.
Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə sərhəddində 120-130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6-7 metrə, 10-15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbütlüyünü və məhsuldarlığını artırır.
Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15-16 km Qarabağ silsiləsinin Şimal-şərq ətəklərinə qədər uzanır. Bu yerlərdə mütləq yüksəklik 600-700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.
Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və Orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.
Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini– Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı– arası kəsilmirdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat km-i, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

Ağdam 1993-cü il iyul ayının 23-de terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərini işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib.122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək,bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavcüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdirilmiş çadır şəhərciklərində məskulaşıblar.
Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094 kvadrat kilomеtrlik ərazisinin 247 kvadrat kilomеtrində (ümumi ərazisinin 22.6 faizi) Ağdamın 60 min sakini məskunlaşıb. Qalan 100 min nəfər isə rеspublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb. Işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib.
Ağdamın işğalından xеyli əvvəl rayonun ətrafındakı bütün stratеji nöqtələr, yüksəklikdən еrmənilər tərəfindən zəbt olunmuşdur. Bu, şəhərin işğalını qaçılmaz еdirdi.
Vətən uğrunda gеdən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəldi, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma еv-еşiyinden didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, bu uğurlu hal tеzliklə bitəcək. Ölkənin müxtəlif güşələrində məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çеvirənlərin bir istəyi təmənnası var: tеz bir zaman ərzində doğma yurda qayıtmaq!
Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzerlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravend kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir.
1930-cu ildə Ağdam inzibati rayonu təşkil olunmuşdur.
Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəddir.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 358 kilomеtr, Qarqar çayının sahilindən 3 kilomеtr aralı, Qarabağ düzünün cənub- qərbindədir.
Ağdam ağır, yеyinti və yüngül sənayеye, inkişaf еtmiş kənd təsərrüfatına malik olan rayondur.
Ağdamda dəzgah avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrikləşdirilməsi zavodu, Ü. Hacıbəyov adına musiqi tеxnikumu və E.Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hеktarı mеşəlik, 91,3 hеktarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və hеyvandarlıqdır.
   
RAYONUN MİLLİ QƏHRƏMANLARI:
Bağırov Allahverdi Teymur oğlu (1946-1992)
Rzayev Canpolad Yaqub oğlu (1968-1992)
Qasımov Muxtar Cahid oğlu (1958-1992)
Hüseynov Rövşən Şəmil oğlu (1966-1992)
Rüstəmov Hidayət Eldar oğlu (1970-1991)
İsgəndərov Əlabbas Qara oğlu (1958-1992)

QARABAĞ – AĞDAM uğrunda döyüşmüş Ağdamlı Şəhidlər:
1. Abdınov Samir Əmir oğlu -1973 -Zengişalı k.
2. Ağayev Faiq Abış oğlu -1969 -Papravend k.
3. Alışov Atamoğlan Talış oğlu -1959 -Xındırıstan k
4. Bəxtiyarov Əlvan Şəfa oğlu -1973 -Mahrızlı k.
5. Bağırov Allahverdi -1946 -Ağdam ş.
6. Vəliyev Əlmdar Əli oğlu -1968 -Mahrızlı k.
7. Şərifov Rövşən Rüfət oğlu -1973 -Seyidli k.
8. Cəfərov Alış Zeynalxan oğlu -1960 -Bağbanlar k.
9. Şükürov Nadir Bəbir oğlu -1968 -Zengişalı k.
10. Məmmədov Rahib Gülmalı oğlu -1967 –Mahrızlı k.
11. Səlimov Qazax Şəmil oğlu -1967 –Güllücə
12. İmanov Zaur -1975 –Zengişalı
13. Fərəcov Əsgər İsa oğlu -1962 –Maqsudlu
14. Quliyev Nurəddin Şükür oğlu-1966 –Ağdam ş.
15. Hümbətov Arzuman İsa oğlu -1969 –Mahrızlı k.
16. Nağıyev Zahid Baxış oğlu -1975 –Qaradağlı k.
17. Zeynalov Vahid Vəli oğlu -1966 -Qiyaslı k.
18. Rzayev Canpolad Yagub oğlu -1969 –Xıdırlı k.
19. Əliyev Nizami Əskərxan oğlu -1970 –Mahrızlı k.
20. Eliyev Rəhman Zakir oğlu -1970 -Mahrızlı k.
21. İbrahimov İsgəndər Qaraş oğlu -1975 -Qaradağlı k.
22. Hüseynov Həsənağa Kərim oğlu -1972 -Efetli k.
23. Qasımov Rafiq -1959 –Elmededli k.
24. Kazımov Kazım Əkbər oğlu -1961 –Maqsudlu k.
25. Quliyev Səməndər Rəsul oğlu -1964 –Mahrızlı k.
26. Şükürov Təhmasib Hadı oğlu -1954 –Boyəhmədli k.
27. Tağıyev Tağı Xosrov oğlu -1956 -Abdal-Gülablı k.
28. Nağıyev Vaqif Qubad oğlu -1973 -Seyidli k.
29. Süleymanov İntiqam Sovet oğlu -1959 -Qasımlı k.
30. Məmmədov Həsən Cəlal oğlu -1958 –Güllücə k.
31. Salamov Vitali Məhəmməd oğlu -1957- Boyəhmədli k.
32. Həsənov İlqar Fərəc oğlu -1973 –Qalayçılar k.
33. Həsənov Şaməddin Həsən oğlu -1968 –Efetli k.
34. Həsənov Eldar Vəli oğlu -1965 -Ağdam ş.
35. Hacıyev Elbrus Həsən oğlu -1967 -Xıdırlı k.
36. Hacıyev İbrahim Çərkəz oğlu -1957 -Maqsudlu k.
37. Əmrahov Mobil Qəşəm oğlu -1974 – Qasımlı k.
38. Əliyev Nadir Alış oğlu -1962 –Aliağalı k.
39. Əliyev Tofiq Allahverdi oğlu -1967 –Qiyaslı k.
40. Əliyev Hikmət Zili oğlu -1974 –Mərzili k.
41. Əhmədov Həsən Hümbət oğlu -1948 -Maqsudlu k.
42. Quliyev Şamil Əli oğlu -1971 -Zengişalı k.
43. Mustafayev Miro Məmməd oğlu -1949 -Mahrızlı k.

Yaşayış məntəqələri:
1 Sofulu
2 Boyəhmədli
3 Qarapirimli
4 Papravend
5 Qızıllı Kəngərli
6 Salahlı Kəngərli
7 Güllücə
8 Qalayçılar
9 Maqsudlu
10 Qiyaslı
11 Seyidli
12 Novruzlu
13 Yusifcanlı
14 Abdal
15 Gülablı
16 Şıxbabalı
17 Bağbanlar
18 Çəmənli
19 Zengişalı
20 Xıdırlı
21 Mahrızlı
22 Sarıcalı
23 Nəmirli
24 Mərzili
25 Qasımlı
26 Sırxavend
27 Əlimədədli
28 Əliağalı
29 Qərvənd
30 Əfətli
31 Quzanlı
32 Xındırıstan
33 Üçoğlan
34 Qaradağlı
35 Cinli