Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
31 İyul , 2016
Tarix boyu Azərbaycan xalqı var olduqca dilimiz də özünün təkamül dövrünü yaşamış, müxtəlif zamanlarda müəyyən çətinliklərə məruz qalmışdır. Təbii ki, dilin mükəmməl bir formada təzahür etməsində, tanınmasında onun əlifbası mühüm rol oynayır. Dünya xalqlarına əlifba adlı mənəvi neməti əslində şumerlər bəxş ediblər. 
Islamiyyətə qədər də, islamiyyətdən sonra da Azərbaycan ərazisi və xalqı türk dünyasının tən ortasında yerləşib və onun ayrılmaz hissəsi olub. Azərbaycan xalqının tarixini hər mənada bu dünyadan ayrı, təcrid edilmiş halda düşünmək olmaz. Bu torpaqda Azərbaycan- türk saz mədəniyyətinin qədim tarixi vardır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın uzun illər imperiyaların istilaçılıq siyasətinə məruz qalması xalqımızın dili və saz mədəniyyətinin formalaşmasına olduqca mənfi təsir göstərmişdir. 
Tarixə nəzər saldıqda görürük ki, ərəblər Azərbaycanı və başqa türkdilli ölkələri işğal etdikdən sonra islam dini ilə yanaşı, ərəb əlifbasını da qəbul etdiriblər. VIII əsrdən başlayaraq 1920- ci ilə qədər Azərbaycanda ərəb əlifbasından istifadə edilmişdir. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikası ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bütün bunlar XIX əsrin ortalarında maarifçilik ideyalarının çiçəkləndiyi bir vaxtda dövrünün mütərəqqi ziyalılarından olan M. F. Axundov başda olmaqla əksər maarifçi ziyalılarımız ərəb əlifbasının latın qrafikası ilə əvəz edilməsini təklif etmişdilər. XIX əsrin görkəmli maarifçi- demokratı, ictimai- xadim və pedaqoqu M. F. Axundov ömrünün 20 ilini xalq kütlələrinin savadlanmasına, ana dilində məktəblərin, ədəbiyyat və mətbuatın yaradılmasına, ərəb əlifbasının dəyişdirilməsinə həsr etmişdir. Görkəmli yazıçı o zamanlar “Əkinçi” qəzetinin redaktoruna Tiflisdən yazdığı məktubunda öz məqsədini belə izah edirdi: “Mən köhnə İslam əlifbasının dəyişməsini ancaq xalqımın elmə, biliyə yiyələnməsi mədəniyyətinin çiçəklənməsi və sivilizasiyası naminə arzulayıram. İstəyirəm ki, islamı qəbul etmiş bütün xalqlar istər şəhərli, istər kəndli, istərsə də köçəri olsun, qadınlar da kişilər kimi savadlansın, mədəniyyətin inkişafı üçün şərait yaransın. Onlar elm və texnikanın sirlərinə yiyələnib, tərəqqi etsinlər”. Maarifpərvər ziyalı hətta özü yeni əlifba layihəsini tərtib edərək, 1863- cü ildə Osmanlı hökuməti qarşısında bu barədə məsələ qaldırmışdı. Təəssüflər olsun ki, sağlığında bu ideyanı həyata keçirə bilməsə də, onun təşəbbüsü nəticəsiz qalmadı...Tezliklə Azərbaycanda əlifba islahatı başlandı. Qeyd edək ki, M. F. Axundovun maarifçilik və yeni əlifba uğrunda apardığı mübarizə Azərbaycan ziyalılarına böyük təsir göstərmişdir. Onlardan çoxu əlifbanın dəyişdirilməsini tələb edirdi. Bu məsələ haqqında Mirzə Əli Məmməd, Fürudin bəy Köçərli, Cəlil Məmmədquluzadə və başqaları çıxış etmişdilər. 
Əlifbanın dəyişdirilməsi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mümkün oldu. Belə ki, 11 noyabr 1920- ci ildə Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı üzrə komissiya yaradıldı. Lakin komissiyanın işi özünü doğrultmadığından 1922- ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalıoğlunun sədrliyi ilə “Yeni türk əlifbası” komitəsi yaradılır. S. Ağamalıoğlu özünün tərtib etdiyi latın qrafikalı əlifbanı komitəyə təqdim edir. O dövrdə həmin əlifba ilə bağlı bir çox çıxışlar olmuş və yeni əlifbaya keçidi Şərqdə inqilab adlandırmışdılar. 
20 oktyabr 1923- cü ildə Azərbaycanda ilk dəfə olaraq türk əlifbasının hökumət əlifbası təyin olunması haqqında XKS- nin və Azərbaycan MİK- nın dekreti mətbutda dərc edildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı, yeni türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır. 
Beləliklə, Azərbaycan MİK və XKS- nin 20 oktyabr 1923- cü il tarixli dekretli ilə yeni türk əlifbası dövlət əlifbası kimi qəbul edilir. 
1925- ci ildə keçirilmiş IV Ümumazərbaycan sovetlər qurultayı hökumətin bütün tədbirlərini bəyənərək yeni direktivlər verdi ki, bu da əlifbaya keçidin həyata keçirilməsinin əsasını qoydu. 
5 aprel 1925- ci ildə XMK kollegiyası qərar qəbul edir. Bu qərarda bütün qəza XMŞ- larına və BXMŞ- ə tapşırılır ki, birinci dərəcəli məktəblərin müəllimləri tədris ilinin başlanmasına qədər yeni əlifbanı öyrənməlidirlər. 
S. Ağamalıoğlu özünün tərtib etdiyi latın qrafikalı əlifbanı komitəyə təqdim edir. O dövrdə həmin əlifba ilə bağlı bir çox çıxışlar olmuş və yeni əlifbaya keçidi Şərqdə inqilab adlandırmışlar. 
20 oktyabr 1923- cü ildə Azərbaycanda ilk dəfə olaraq türk əlifbasının hökumət əlifbası təyin olunması haqqında XKS- nin və Azərbaycan MİK- nin dekreti mətbuatda dərc edildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı, yeni türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır. 
Beləliklə, Azərbaycan MİK və XKS- nin 20 oktyabr 1923- cü il tarixli dekreti ilə yeni türk əlifbası dövlət əlifbası kimi qəbul edilir. 
1925- ci ildə keçirilmiş IV Ümumazərbaycan sovetlər qurultayı hökumətin bütün tədbirlərini bəyənərək yeni direktivlər verdi ki, bu da əlifbaya keçidin həyata keçirilməsinin əsasını qoydu. 
5 aprel 1925- ci ildə XMK kollegiyası qərar qəbul edir. Bu qərarda bütün qəza XMŞ-larına və BXMŞ- ə tapşırılır ki, birinci dərəcəli məktəblərin müəllimləri tədris ilinin başlanmasına qədər yeni əlifbanı öyrənməlidirlər. Azərbaycan KP-nin VIII qurultayında yeni əlifbanın geniş yayılması qeyd olunmaqla yanaşı, təklif olundu ki, bütün ikinci dərəcəli məktəblər, texnikumlar həmin əlifbaya keçsin və ali məktəblər üçün dərsliklər bu əlifba ilə çap edilsin.
21 iyul 1928- ci ildə AK/b/P və XMK “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” qərar qəbul edilir. Beləliklə, 1929- cu ilin yanvarın 1- dən etibarən Azərbaycan tamamilə yeni türk əlifbasına keçdi. 
11 iyul 1939- cu il tarixdə Azərbaycan yazısının latın əlifbasından rus əlifbasına (kiril) keçirmək haqqında qanun qəbul edildi. Qanunda göstərilirdi ki, Azərbaycan yazısı 1940- cı il yanvarın 1- dən başlayaraq latın əlifbasından rus əlifbasına keçirilsin. Qanunda həmçinin 1940- cı il sentyabrın 1- dən kütləvi məktəblərdə birinci növbədə aşağı siniflərdə dərslərin yeni əlifba ilə keçilməsi nəzərdə tutulurdu. Sənəddə bunun üçün qabaqcadan müəllim kadrlarının hazırlanması və məktəblər üçün yeni əlifba ilə lazımi dərs kitablarının nəşri də öz əksini tapmışdı. Müəyyən müddət bu əlifbadan istifadə edildi.1958- ci ildən sonra kiril əlifbasında olan müəyyən hərflər (й, э, ю, я)əlifbadan çıxarıldı. Onu da qeyd edək ki, tarixin müxtəlif dövrlərində əlifbamız hər dəfə dəyişdikcə bu, dərsliklərdə, xüsusilə “Əlifba” dərsliyində istər məzmun, istərsə də tərtibat baxımından zamanın tələbinə uyğun olaraq bir- birindən fərqlilik hiss olunurdu. 
Və nəhayət 25 dekabr 1991- ci ildə “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul edildi. Artıq 1991- ci ildən müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı Azərbaycan əlifbasına keçid mərhələsi başlandı. Müstəqilliyimiz əldə olunduqdan sonra yaranmış tarixi şərait xalqımızın latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elminin və mədəniyyətinin olduqca dəyərli və qiymətli nümunələri yaradılmasına baxmayaraq, latın qrafikalı Azərbaycan əlifbasına keçid xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. 
Xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış ,Heydər Əliyevin diqqətdə saxladığı məsələlərdən biri də dil məsələsi idi. Təsadüfi deyil ki, məsələnin aktuallığını və ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə bununla bağlı müzakirələr keçirdi. Ümumilli lider Azərbaycanın yeni tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dünyanın ən nüfuzlu rəsmi məclislərində, beynəlxalq diplomatik danışıqlar zamanı səslənməsinə nail olmuşdur. Ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 9 avqust 2001- ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman vermişdir. Fərmana əsasən artıq neçə illərdir ki, azərbaycan xalqı avqustun 1- ni özünün qiymətli mənəvi sərvəti olan- “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edir.