Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Elanlar
11 Dekabr , 2017

2017-ci ilin 18 dekabr tarixində saat 11:30-da M.Şəhriyar adına Uşaq Kitabxanasında tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə uşaq və valideynlərin, nənə və babaların, müəllimlərin görüşü təşkil olunacaqdır.

Görüşdə uşaqları nağıllar aləminə sehrli səyahət gözləyir.

Tədbirdə iştirak edən uşaqlara yazıçı Gülzar İbrahimova tərəfindən maraqlı hədiyyələr təqdim ediləcək vətədbir iştirakçılarının fotoşəkilləri “Sehirli dünya” uşaq jurnalının 59-cu nömrəsində dərc olunacaqdır.

Hər bir uşağa Gülzar nənə ilə şəkil çəkdirmək üçün imkan yaradılacaq.

Tədbirdə Sizi tanınmış muğam ustası Maya Cəbrayılova da salamlayacaq.

Arzu edənlər tədbirə dəvət olunur.

 

 

Ünvan: Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küç., 2/20

Əlaqə nömrələri: (012) 425 06 22; 050 682 34 14

                          (012) 428 41 95; 050 210 87 28