Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Elanlar
13 Aprel , 2018

13 aprel 2018-ci il tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 169 saylı orta məktəbin VI b  sinifində “Kitabla dünyaya” adlı layihə  keçirmişlər. 

Layihənin məqsədi şagirdlərin mütalisinə rəhbərlik etmək, onların mütaliəsini düzgün səmtə istiqamətləndirmək, şagirdlərdə oxucu marağını artırmaq və nəhayət, onları kitabxanalara cəlb etməkdir. Lahiyədə yenilik ondan ibarətdir ki ilk dəfə uşaqlara oxucu formulyarı ilə işləmək öyrədiləcək. Şagirdlərə kitablarla yanaşı oxucu formulyarı da təqdim ediləcək və bir nəfər şagirdə götürülən kitabları qeyd etmək tapşırılacaqdır. Kitabxanada olduğu kimi. Hər ay uşaqlara yeni kitablar təqdim ediləcək. Hər gedişdə oxunan əsərlərin məzmunu uşaqlardan soruşulacaq, sual-cavablar, oxunan əsərlərin müzakirəsi, şeir müsabiqələri və s. kimi tədbirlər keçiriləcək.