Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Elanlar
14 May , 2018

Əziz kitabsevərlər!

Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayonu üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Nardaran Bilik Evi və Azərkitab-Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda “Sabunçu Kitab Festivalı” keçiriləcək. Festivalda sizləri kitab mübadiləsi, kitab satışı yarmarkası, kitab sərgisi və kitab mütaliəsi gözləyir.
Festival 16 may 2018-ci il tarixdə saat 12:00-dan 19:00-dək davam edəcək.

Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, istirahət parkı