Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
26 İyul , 2018
26 iyul tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi 254 saylı bağçada “Biz nağılın ətrafında toplaşdıq” adlı nağıl saatı keçirib.
Uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova uşaqlara “Zürafənin boyu necə uzandı”, “Zalım pələng və nəğməli quş” adlı nağılları oxudu. Sonra isə kitabxanaçı V. Abbasova “Şir və dovşan”, “İt və Timsah” nağıllarını oxudu. Uşaqlar nağılları maraqla dinlədilər.
Sonda isə nağıl qəhramanları uşaqlar tərəfindən müzakirə olundu.
Foto Qalereya