Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
1 Avqust , 2018
1 avqust tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Azərbaycan Dili və Əlifbası Günü münasibətilə 254 saylı bağçada “Əziz dostum Əlifbam” adlı söhbət keçirdi.
Uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova uşaqlarla Əlifba və Ana Dilimiz haqqında maraqlı söhbət apardı. Qeyd etdi ki, 1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Uşaqlar Əlifba və Ana Dilimiz haqqında verilən maraqlı və əyləncəli suallara cavab verdilər. Söhbətdə uşaqlar Əlifba və Ana dilimizə həsr edilmiş şeirlər söylədilər. Sonra isə kitabxanaçı V.Abbasova uşaqlarla viktorina təşkil etdi. Söhbət şən əhval -ruhiyyə ilə başa çatdı.
Foto Qalereya