Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
11 Sentyabr , 2018
11 sentyabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi “Addım-addım” adlı bağçada “Nağıl saatı” təşkil edib.
Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bu məqsədlə kitabxana əməkdaşları Ə.Rüstəmova, R.Hümbətova, V.Həsənova “Ayı və İlan”, “Ağıllı qarğa”, “Bir qarıyla bir qoca” və s. adlı nağılları oxuyublar.
Nağıllar kiçikyaşlı oxucuların marağına səbəb olub. Daha sonra oxunan nağıllar haqqındakı suallara uşaqlar həvəslə cavab veriblər.
Foto Qalereya