Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
17 Sentyabr , 2018
17 sentyabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxanası 271 saylı orta məktəbin 1-ci sinif şagirdləri ilə birlikdə "Elmdə bilikdədi insanın gücü" adlı söhbət keçirib.
Tədbirdə kitabxana işçiləri, valideynlər, şagird və müəllim kollektivi iştirak edib.
Qeyd olundu ki, sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə tədbir iştirakçıları 1-ci sinif şagirdlərini məktəbə ilk addım atmaları ilə əlaqədar təbrik edərək, onlara uğurlar arzu ediblər. Çıxış edən natiqlər təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıq hisslərini ifadə etmiş, təhsilin inkişafına hərtərəfli dövlət dəstəyinə adekvat olaraq yeni dərs ilində yüksək tədris uğurlarının daha da artırılması üçün səylərini daha da artıracaqlarını bildirmişlər. 
Sonda şagirdlər məktəbə həsr olunmuş şeirlər söyləyiblər.

Foto Qalereya