Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
5 Oktyabr , 2018
5 oktyabr tarixində Sabunçu rayon Məkrəzi Kitabxanasının Uşaq şöbəsi 107 saylı orta məktəbin 3-cü sinif şagirləri ilə birlikdə Müəllimlər Günü münasibətilə “Ana, Vətən sözünü müəllimdən öyrəndik” adlı söhbət keçirdi.
Söhbəti giriş sözü ilə Uşaq şöbəsinin müdiri R.İmamquliyeva açaraq bu gün münasibətilə uşaqları və müəllimləri təbrik etdi. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.” Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova uşaqlarla diskusiya etdi, müəllim haqqında aforizimlər, kəlamlar haqqında danışdı. Daha sonra uşaqlar hazırladıqları şeir parçalarını səsləndirdilər.
Foto Qalereya