Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
22 Oktyabr , 2018
22 oktyabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxanasında 169 saylı orta məktəbin 6a sinif şagirdləri ilə birlikdə Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuş Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə əlaqədar “Dərsimizi yaz” adlı hekayənin müzakirəsi keçirilib.
Söhbəti giriş sözü ilə Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova açaraq yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri namizədi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Azərbaycan dili və ədəbiyyat müəllimi G.Nəbiyeva şagirdlərlə hekayə haqqında diskussiya aparıb.
Foto Qalereya