Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
4 Dekabr , 2018
3 dekabr tarixində Sabunçu rayon Mərkəzi Kitabxanası Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi ilə birgə 12 №-li Bakı Peşə lisseyinin konfrans zalında araşdırmaçı, pedaqoq, jurnalist, şair, yazar, Kərkük İşıq ədəbiyyatı qrupunun təsisçi və prezidenti, Kərkük Mədəniytyət Birliyinin (Ankara–İraq) təsisçi və sədri, İraq Türkmən Jurnalistlər Assosiasiyasının təsisçisi və prezidenti, Dünya Kommunikasiya Birliyinin qurucusu və sədri (Ankara) Şemsettin Küzeci ilə görüş təşkil edib.
Tədbirdə Sabunçu rayon MKS-nin direktoru N.Hüseynova, Emal Sənayesi üzrə BDPT Mərkəzi 12 N-li Bakı Peşə Liseyinin direktor əvəzi Şahin Bəylərov, Peşə liseyinin müəllim və tələbələri, kitabxanaçıların yaxın dostu AMEA–nın dissertantı Kitabxana biblioqrafiya sahəsini tədris edən müəllim İ.Əlili, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin direktor müavini Aytən Əsgərova, Mərkəzi Kitabxananın işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sabunçu rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı T.Qasımova açıb, qonaqları və iştirakçıları salamlayıb və Şemsəttin Küzeci haqqında geniş məlumat verib. Sonra Şemsettin Küzeci türkdilli xalqların mədəniyyətindən, tarixindən danışıb, mahnıları, bayatıları əlaqələndirib. Daha sonra kitabxanaçıların yaxın dostu AMEA–nın disertantı Kitabxana biblioqrafiya sahəsini tədris edən müəllim İradə Əlili, Sabunçu rayon Mərkəzi Kitabxanasının direktoru N.Hüseynova, Emal Sənayesi üzrə BDPT Mərkəzi 12 N-li Bakı Peşə Liseyinin direktor əvəzi Şahin Bəylərov çıxış ediblər.
Sonda Şemsettin Küzeci “Ata Terzibaşının makaleleri (edebi yazıları), “Arzu–kamber”, “Kərkükdən səsləniş”, "Ata Terzibaşı Hayatı ve eserleri” kitablarını Mərkəzi Kitabxanaya hədiyyə edib və xatirə şəkli çəkdirilib.

Foto Qalereya