Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
6 Dekabr , 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən, hər il dekabrın 6-sı Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Azərbaycanda rabitənin tarixi çox qədimdir. 1881-ci ildə ölkəmizdə ilk telefon xəttinin Bakıda “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilməsilə tarixə düşən Azərbaycan rabitəsi yarandığı gündən özünəməxsus inkişaf yolu keçərək bugünkü dövrə çatmışdır.
1901-ci ildə Tiflis Poçt Teleqraf Dairəsi İdarəsinin tərkibində Bakı Poçt-Teleqraf Kontoru yaradılmışdır.
1916-cı ildə bu kontor ləğv edilmiş və ayrı-ayrılıqda poçt və teleqraf kontorları təşkil edilmişdir. 1918-ci il may ayının 25-də Azərbaycan Milli Şurası müstəqillik haqqında Bəyənnamə qəbul etdikdən sonra Müvəqqəti Hökumətin tərkibində Yollar, Poçt və Teleqraf Nazirliyi təşkil edilmişdir.
Təşkilati cəhətdən Azərbaycanda ilk rabitə dövlət qurumu 1918-ci ildə yaradılan Poçt Və Teleqraf Nazirliyi olmuşdur. Məlikaslanov, A.aşurov, C.Hacınski, C.ildırım ilk rabitə nazirləri olmuşlar. 1918-ci il mayın 28-də yardaılan Azərbaycan Demokratik Respublikası rabitənin inkişafında böyük rol oynamışdır. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulmuş və Poçt və Teleqraf Komissarlığı təşkil edilmişdir.
1953-cü ilə kimi Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunmuş, 1953-cü ildə azərbaycan SSR rabitə Nazirliyi, Azərbaycan respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə birləşdiirlərək, onalrın əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır. Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanmışdır.
Foto Qalereya