Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Tədbirlər
7 Fevral , 2019
7 fevral tarixində 309 saylı orta məktəbin 6 a sinif şagirdi Sarıyev Məhəmməd Araz oğlunun məktəbin foyesində fərdi sərgisi təşkil olunmuşdur.
Sərgidə məktəbin müəllim və şagird kollektivi, Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Məmmədova Elnarə, Sabunçu rayon Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova, kitabxana informasiya texnologiyaları üzrə mütəxəssisi V.Həsənova iştirak ediblər. 
M.Sarıyev çəkdiyi şəkillər haqqında tədbir iştirakçılarına məlumat verib. 
Sonra 309 saylı orta məktəbin direktoru R.Osmanov, Təlim tərbiyə işləri üzrə direktor müavini E.Kərimova, Uşaq birliyi təkilatının rəhbəri Əliyeva Təranə Məhəmmədə yaradıcılığında uğurlar arzulayıblar.
Foto Qalereya