Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
2 Avqust , 2019

1898-ci il avqust ayının 2-də yeni proqram hazırlanmış və bu proqrama “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin “Великий князь Алексей” paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal-sənədli və “ilişdin” bədii kinosüjetləri fransız yəhudisi, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdır. Bununla da Azərbaycanın kino tariixndə ilk süjetlər yaranmışdır. Həmin kinosüjetlərdən 2-si-“Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kino seansının həyata keçirildiyini nəzərə alaraq, ulu öndər Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı-Aərbaycan Kinosu Günü elan etmişdir.