Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
5 Avqust , 2019
Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılmışdır. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycan vermişdir. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanın Qırmızı donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olunmuşdur.
Keçmiş SSRİ-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilmişdir. Hərbi gəmilərin Azərbaycanın balansına qəbul edilməsində HDQ-nın keçmiş komandanı, kontr-admiral Rafiq Əsədov mühüm rol oynamışdır. 1992-ci ilin iyul ayında Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında reydə çıxmışlar. Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sayı 3000 nəfərdən çoxdur.
1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunmuş və həmin ildə ulu öndər Heydər Əliyevin Fərmanı əsasında 5 avqust tarixi –Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunmağa başlanmışdır.
Peşə bayramınız mübarək Hərbi Dəniz Qüvvələri!