Sabunçu rayon Mərkəzi Kitabxanası

Sabunçu rayon MKS
Xəbərlər
12 Avqust , 2019

1998-ci il 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər Nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 17 dekabr 1999-cu ildən bəri 12 avqust tarixində qeyd olunur.

Respublikamızda Beynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilmişdir.  

Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri, yaşı 25-dək olan gənclərdir. Onların yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi dünya birliyini gənclərin problemlərini həll etməyə çağırmışdır.

Azərbaycanda gənclər dövlətin qayğısı ilə hərtərəfli şəkildə əhatə olunmuşdur. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral tarixi  1996- cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi təsdiq olunmuşdur. Bu, ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur.